Baş Prokurorluq sabiq deputatla bağlı tapşırıq verdi

Baş Prokurorluq Bakı şəhər prokurorluğuna sabiq deputat Nazim Məmmədovun "Baku Steel Company" şirkətinə qarşı ittihamları ilə bağlı tapşırıq verib. Baş Prokurorluğun Mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə sabiq deputat Nazim Məmmədovun "Baku Steel Company" şirkətinin rəhbəri Rasim Məmmədovu inhisarçılıqda ittiham edərək sosial şəbəkələrdə özünə aid olması ehtimal edilən səhifədə sonuncuya xəsarətlər yetirilməsi ilə bağlı çağırışlar etməsi xüsusatları üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmaların aparılması üçün Baş Prokurorluğun rəhbərliyi tərəfindən Bakı şəhər prokurorluğuna tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə