Sentyabrın 2-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin "Yeni Türkan-1", Hacıqabul magistral qaz kəmərləri sahəsinin "Ərəbqədim", Ağdaş magistral qaz kəmərləri sahəsinin "Ağdaş" və ''Ucar'', Ağdam magistral qaz kəmərləri sahəsinin "Ağcabədi", ''Quzanlı'' və ''Qaradəmirçi'', Astara magistral qaz kəmərləri sahəsinin "Əngəvul", ''Yardımlı'' və ''Göytəpə'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, təmir müddətində Qobustan rayonunun Ərəbqədim, Cəlilabad rayonunun Göytəpə və Kazımabad, həmçinin Ağdam rayonunun Quzanlı kənd və qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsinin, eyni zamanda Ucar, Ağdaş və Ağcabədi rayonlarının qaz təchizatına təsir göstərməsi də mümkündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB