Sentyabr ayının 09-dа saat 11:00-da Zaqatala Sərhəd Dəstəsində Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev tərəfindən Balakən, Oğuz, Qax, Qəbə­lə, Şəki və Zaqatala rayon sakinlərinin qəbulu keçiriləcək. DSX-nin məlumat mərkəzindən SİA-ya verilən xəbərə görə, qəbulda iştirak etmək istəyənlərdən xahiş olunur ki, onları maraqlandıran sualları sentyabr ayının 08-dək Dövlət Sərhəd Xidmətinin www.dsx.gov.az adlı rəsmi saytında yerləşdirsinlər.

Qeydiyyat üçün 012-498-01-43 və 012-498-01-29 nömrəli telefon­larla əlaqə saxlanılması və ya Zaqatala Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə