Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqustun III ongünlüyü üçün növbəti monitorinqlər keçirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) SİA-ya verilən məlumata görə, Kür çayında suyun sərfi avqustun II ongünlüyünə nisbətən 35 m3/san artaraq 109 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kürçayı və onun qollarında biogen maddələrin, həmçinin suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların miqdarının yol verilən qatılıq həddindən (YVQH) bir neçə dəfə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 4.9, Ağstafaçayda 4.1, Ağstafaçay su anbarında isə 2.5 dəfə YVQH-ni keçib. Avqust ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə 2.4, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.87-7.50 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə