Saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb
Ərzaq alarkən diqqətli olun!

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqləri davam etdirir. Növbəti monitorinqlər zamanı Bakının Nizami, Nərimanov, Binəqədi rayonlarında, eləcə də Ucar, Tovuz, Yevlax, Xaçmaz, Quba, Cəlilabad, Oğuzda mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə