German Sterliqov həbs olundu

Biznesmen German Sterliqov Moskvanın Domodedovo hava limanında həbs olunub. Biznesmenin vəkili Artur Ayrapetov Rusiyanın TASS agentliyinə bildirib ki, G.Sterliqov avqustun 31-də axşam saat 17-də təyyarə ilə Yerevandan Moskvaya çatıb və dövlət sərhədini keçəndən sonra saxlanılıb.

Vəkil deyib ki, G.Sterliqovun tutulması, çox güman, onun beynəlxalq axtarışa verilməsi ilə bağlıdır. Hüquq mühafizə orqanlarındakı mənbə TASS-a məlumat verib ki, biznesmen sərhədi keçərkən Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti nümayəndələri tərəfindən saxlanılıb.

Xatırladaq ki, Azərbaycan Dağlıq Qarabağda qanunsuz fəaliyyətinə görə iyulun 28-də G.Sterliqov barəsində İnterpol yolu ilə beynəlxalq axtarış elan edib. Onun barəsində 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işi açılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə