Avqustun 31-də Masallı şəhərindəki Heydər Əliyev Mərkəzində bu il ali məktəblərə qəbul olmuş məzunlarla görüş keçirilib. SİA-nın Cənub bürosunun məlumatına görə, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tələbə adını qazanmış gəncləri, onların müəllimlərini və valideynləri əlamətdar hadisə münasibətilə təbrik edib. Bildirib ki, bu il rayonunun ümumtəhsil məktəblərini bitirən 1770 məzundan 321 nəfəri ali məktəblərə qəbul olub. R. Hüseynov tələbə adını qazanan gənclərdən 21 nəfərinin 600, 64 nəfərinin 500-dən yuxarı, 3 məzunun isə 690 bal topladığını diqqətə çatdırıb.
Görüşdə rayon təhsil şöbəsinin müdiri Astan İbişov çıxış edərək bu il ali məktəblərə daxil olan məzunlar barədə məlumat verib. Qeyd edib ki, ali məktəblərə qəbul imtahanları zamanı təkcə Masallı şəhər 1 nömrəli tam orta məktəbini bitirən 49 məzundan 3 nəfəri 600, 8 nəfəri isə 500-dən yuxarı bal toplayıb.
Əlamətdar haldır ki, Masallıdan ali məktəblərə daxil olan məzunların arasında qızların sayı əvvəlki illərlə müqayisədə xeyli artıb.
Toplantıda çıxış edən tələbələr ali məktəblərdə rayonun adını həmişə uca tutacaqlarını, onlara göstərilən etimadı doğruldacaqlarını biliriblər.
Tədbirin sonunda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara fəxri-fərmanlar və pul mükafatları verilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB