Lənkəranın daha bir kəndinə mavi yanacaq verildi

Lənkəranın daha bir kəndinə mavi yanacaq verildi

Lənkəran rayonun Balıqçılar qəsəbəsinə mavi yanacağın verilişinə başlanılıb. SİA-nıın Cənub bürosunun məlumatına görə, açılış münasibətilə təşkil olunan tədbirdə çıxış edən kənd sakiniləri Sovet dövründə belə yaşadıqları əraziyə qaz çəkilmədiyini bilidirərək onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Daha sonra rayon icra hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun sosil iqdisadi həyatında baş verən yeniliklər barədə məlumat verib. Bildirib ki, hazırda şəhər mərkəzi də daxl olmaqla rayonun 62 kənd və qəsəbəsi qazlaşdırılıb. İlin sonuna kimi daha 6 kəndin qazlaşdırılması nəzərdə tutulub. Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Qismət Əsgərov əlamətdar hadisə münasibətilə təbriklərini çatdırıb.

Qeyd edək ki, 499 abonenti olan Balıqçılar qəsəbəsinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 18935 metr politelin və ümumi uzunluğu 21494 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 499 ədəd sayağac və fərdi tənzimləyici quraşdırılıb.

Sonda rəmzi məşəl alovlandırıldı.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə