Sabah köhnə ödəniş kartlarının son günüdür

Sabah köhnə ödəniş kartlarının son günüdür

Sentyabrın 1-dən etibarən Bakı metrosunda köhnə ödəniş kartlarına gediş haqqı yükləmək mümkün olmayacaq. Bu barədə SİA-ya məlumat verən "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, sabahdan etibarən "MetroKart"a gediş haqlarının yüklənməsi mümkün olmayacaq.

Onun sözlərinə görə, əgər kartda gediş haqqı varsa, həmin məbləğdən sentyabrın 30-dək istifadə etmək olar: "Amma "MetroKart"ın istifadəsi yalnız sentyabr ayının 30-dək qüvvədədir. Oktyabrın 1-dən etibarən isə "MetroKart"ın istifadəsi dayandırılacaq: "Bu tarixdən sərnişinlər yalnız yeni nağdsız ödəniş kartlarından istifadə etməklə metroda hərəkət edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə