ASAN Könüllülərinin istirahəti başa çatdı

ASAN Könüllülərinin istirahəti başa çatdı

"Yay məktəbi"nin sonuncu günündə gənclər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru cənab Fərhad Hacıyevlə görüş keçiriblər. SİA-nın xəbərinə görə, "ASAN Könüllüləri" Təşkilatının sədri cənab Fərid Sadıxlı çıxış edərək bildirib ki, Gənclər Fondu "ASAN könüllüləri" təşkilatının ən sıx əməkdaşlıq etdiyi dövlət qurumlarındandır. Təşkilatımız bu qrumla bir çox layihələrə birgə imza atıb.

Daha sonra Fərhad Hacıyev çıxış edərək "ASAN Könüllüləri" təşkilatının "Yay məktəbi" təşəbbüsünü alqışladığını bildirib. Gənclər Fondunun fəaliyətilə bağlı məlumat verən Fərhad Hacıyev qeyd edib ki, ASAN Könüllüləri içində çox istedalı gənclər var və Gənclər Fondu bu gənclərlə əməkdaşlıq etməyə hər zaman hazırdır.

Görüşdə gəncləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Layihə müddətində iştirakçılar 8 komandaya bölünərək müxtəlif mövzularla bağlı təkliflər paketi hazırlayıblar. Layihənin sonuncu günü bu təkliflərin təqdimatı olub. Verilən təkliflər münsiflər tərəfindən qiymətləndirilib. Seçilən ən yaxşı təkliflər gələcəkdə reallaşdırılmaq üçün "ASAN Könüllüləri" təşkilatının rəhbərinə təqdim olunacaq.

"Yay məktəbi" ərzində iştirakçılar Qax rayonunun tarixi mərkəzlərində də olub, Qaxın tarixi ilə bağlı maraqlı məlumatlar alıblar.ASAN Könüllülərinin Qax rayonunda keçirilən II "Yay məktəbi" uğurla başa çatıb.

"Yay məktəbi"nin sonuncu günündə gənclər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru cənab Fərhad Hacıyevlə görüş keçiriblər.

"ASAN Könüllüləri" Təşkilatının sədri cənab Fərid Sadıxlı çıxış edərək bildirib ki, Gənclər Fondu "ASAN könüllüləri" təşkilatının ən sıx əməkdaşlıq etdiyi dövlət qurumlarındandır. Təşkilatımız bu qrumla bir çox layihələrə birgə imza atıb.

Daha sonra Fərhad Hacıyev çıxış edərək "ASAN Könüllüləri" təşkilatının "Yay məktəbi" təşəbbüsünü alqışladığını bildirib. Gənclər Fondunun fəaliyətilə bağlı məlumat verən Fərhad Hacıyev qeyd edib ki, ASAN Könüllüləri içində çox istedalı gənclər var və Gənclər Fondu bu gənclərlə əməkdaşlıq etməyə hər zaman hazırdır.

Görüşdə gəncləri maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Layihə müddətində iştirakçılar 8 komandaya bölünərək müxtəlif mövzularla bağlı təkliflər paketi hazırlayıblar. Layihənin sonuncu günü bu təkliflərin təqdimatı olub. Verilən təkliflər münsiflər tərəfindən qiymətləndirilib. Seçilən ən yaxşı təkliflər gələcəkdə reallaşdırılmaq üçün "ASAN Könüllüləri" təşkilatının rəhbərinə təqdim olunacaq.

"Yay məktəbi" ərzində iştirakçılar Qax rayonunun tarixi mərkəzlərində də olub, Qaxın tarixi ilə bağlı maraqlı məlumatlar alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə