Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, komitə sədri Hicran Hüseynova sentyabrın 4-də saat 11:45-də Masallı rayonu, Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşəcək.
Qəbulda Cəlilabad, Lənkəran, Astara, Lerik, Biləsuvar, Yardımlı, Cəbrayıl rayonlarından olan vətəndaşlar da iştirak edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB