"Apple Inc." növbəti qlobal təqdimatını sentyabrın 9-na təyin edib. Bu haqda tədbirə dəvət alan Harri Makkraken özünün "Twitter" səhifəsində yazıb.
San-Fransiskoda keçiriləcək tədbirdə ABŞ şirkətinin "iPhone" smartfonu və başqa qurğularının yeni versiyaları təqdim ediləcək.
Yeni nəsil "iPhone" smartfonu qoruyucu "Force Touch" ekranları, "A9" prosessoru, təkmilləşdirilmiş kamera və daha sürətli "LTE" rabitəsi ilə təchiz ediləcək.
Həmçinin "Apple" şirkətinin "iPad" planşetinin yeni modelini də təqdim edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB