Uşaq 1.5 milyonluq əsəri cırdı

Azyaşlı nə az, nə çox - 350 illik tarixə malik rəsm əsərini cırıb
Uşaq 1.5 milyonluq əsəri cırdı

Tayvanda təşkil olunan və bir-birindən qiymətli tabloların sərgiləndiyi qalereyada xoşagəlməz hadisə yaşanıb. Sərgidə rəsm əsərlərinə tamaşa edən azyaşlı uşaq divardan asılan tablonun yanından keçərkən tarazlığını itirib.

Müvazinətini saxlamaq üçün əlini divara söykəyən azyaşlı nə az, nə çox - 350 illik tarixə malik rəsm əsərini cırıb.

Qeyd edək ki, sərgidə əsərə 1.5 milyon dollar qiymət qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə