Masallıda tövlə yanıb

Masallı rayonunun Güllütəpə kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan tövlədə yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, tövlənin dam örtüyünün yanar konstruksiyaları 36 kv.m sahədə və içərisinə yığılmış 5 ton ot bağlamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın qısa zamanda yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə