Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları tərəfindən mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və saxtalaşdırılmış sənədlərlə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyət davam etdirilməkdədir.
DSX-nın mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, avqustun 26-da həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 20 nömrəli "Sankt-Peterburq-Bakı" aviareysi ilə ölkə ərazisinə 1933-cü il 15 yanvar təvəllüdlü Cəlalov Ələsgər Bayram oğlunun adına olan pasportdakı məlumatları və fotoşəkli saxtalaşdırmaqla sərhəd nəzarətindən keçməyə cəhd göstərən Masallı rayon sakini, 1986-cı il 13 dekabr təvəllüdlü Kərimov Bahadır Ağaxan oğlu saxlanılıb.
Araşdırma zamanı müəyyənləşdirilib ki, Bahadır Kərimov Daxili İşlər Nazirliyi tərəfindən axtarışdadır.
Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB