Kürdəmirdə əmək yarmarkası keçirilib

Kürdəmirdə əmək yarmarkası keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Xidməti Kürdəmir rayon icra hakimiyyətilə birlikdə iş axtaranlar üçün əmək yarmarkası keçirib. SIA-nın bölgə muxbirinin xəbrinə görə, tədbirdə işlə bağlı müraciət edənlərə rayonda dövlət müəsisələri ilə yanaşı kiçik və orta sahibkarlığında inkişafına dəstək verildiyi bildirilib. Son vaxtlar yaradılan yeni iş yerləri və vakant yerlər barədə ətraflı məlumat verilib. Əmək yarmarkasında 780 nəfər iş axtaran rayon sakini iştirak edib. Yarmarkaya rayonun 16 dövlət, 11 qeyri dövlət müəsisəsi və 28 fiziki şəxs 270 boş iş yeri təklif edib. Gün ərzində davam edən yarmarkada 124 nəfərə peşəsinə uyğun işlə təmin olunmaq üçün göndəriş verilib. 12 nəfər iştimai işə, 16 nəfər isə peşə hazırlığına cəlb olunub.

Təklif olunan iş yerlərində əmək haqqı 105-270 manat arasında olub.Bir çoxları isə yeni işlə təmin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə