Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) dəvəti ilə 31 avqust - 4 sentyabr 2015-ci il tarixlərində İran İslam Respublikasının tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Azərbaycanda səfərdə olacaq. QMİ-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan və İran arasında dini-mənəvi əlaqələrin inkişafına töhfə olacağı gözlənilən səfər çərçivəsində onun Bakı şəhərində və bölgələrdə - Şamaxı və Gəncədə bir sıra görüşləri nəzərdə tutulub.
Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Bakıda Şəhidlər Xiyabanı, Heydər məscidi, Bibi-Heybət və Təzə-Pir məscidlərini ziyarət edəcək, Şamaxıda Cümə məscidi ilə tanış olacaq, Gəncə şəhərində isə Nizami Gəncəvi məqbərəsini, Şah Abbas məscidini və İmamzadə kompleksini ziyarət edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB