Gənclər üçün Təhsil Mərkəzi-nin fəal üzvləri Bolqarıstanın Razloq şəhərində Avropa Komissiyasının "Erasmus +" proqramının maliyyə dəstəyi ilə " Nifrət nitqinə yox" mövzusunda beynəlxalq təlim kursunda ölkəmizi təmsil ediblər. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun qurulmasına dəstək vermək, bu prosesdə gənclərin fəal iştirakını təmin etmək və bu sahədə mövcud təcrübə mübadiləsi üçün uyğun şərait yaratmaqdır. Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə tədbirdə Macarıstan, Türkiyə, Makedoniya ,Estoniya, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna kimi ölkələrdən iştirakçılar dəvət olunmuşdur. Kurs Macarıstan və Bolqarıstandan olan beynəlxalq təlimçilər tərəfindən aparılıb.
Beynəlxalq tədbir müddətində azərbaycanlı gənclər ölkədəki tolerantlıq mühiti , Azərbaycan Respublikasında bu gün mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönəldilən və uğurla həyata keçirilən dövlət siyasəti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər .
.jpg)

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB