Beynəlxalq Yay Məktəbi iştirakçıları Bilik Fondunu təqdim edir FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Könüllülər Birliyi yarandığı gündən gənclər əhalinin maarifləndirilməsində, ölkə həqiqətlərinin dünyaya çatdırılmasında xüsusi fəallıq göstərirlər. Fonddan SİA-ya verilən xəbərə görə, Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi, Bilik Fondunun Könüllülər Birliyinin sədri Vasif Hüseynzadə Yunanıstanda və Bakı Dövlət Universitetinin tələbəsi, Bilik Fondunun Könüllülər Birliyinin üzvü Pərviz Əfəndizadə Slovakiyada təşkil olunmuş Beynəlxalq Yay məkəbində iştirak etdikləri dövrdə Azərbaycanın tarixi və mədəniyyətini təbliğ etməklə yanaşı, bu gün ölkəmizdə geniş vüsət alan könüllülər hərəkatı barədə, xüsusilə də iyun ayında Bakıda keçirilmiş Birinci Avropa Oyunlarında könüllülərin fəaliyyəti haqqında yerli gənclərə söhbətlər aparıb, təmsil etdikləri Bilik Fondunun Könüllülər Birliyinin fəaliyyəti barədə məlumat veriblər.
Azərbaycanlı gənclərin ölkəmizin Yunanıstandakı səfiri Rəhman Mustafayevlə, Evia adasının qubernatoru, Xalkida şəhərinin meri ilə və Slovakiyadakı həmyerlərimizlə görüşlərində faydalı fikir mübadilələri aparılıb, rəsmilərə Bilik Fondun hədiyyələri təqdim olunub.

.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB