Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz cənub şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-22 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında isə havanın əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 16-21, gündüz 26-31 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, gündüz 14-19 dərəcə isti olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB