Müəllim və həkimlərin sosial ipotekadan yararlanması üçün xüsusi şərtlər müəyyənləşdirilməlidir. Bu barədə millət vəkili Musa Quliyev sosial ipoteka şərtləri ilə bağlı danışarkən deyib. Deputat qeyd edib ki, ipoteka ilə bağlı problem yaxın vaxtlarda həllini tapacaq: "Bu barədə cənab prezidentin göstərişi var. Hökumət Mərkəzi Bankla birgə ipoteka şərtlərinin yüngülləşdirilməsi, imkanların dəyərləndirilməsi üzərində işləyir. Yəqin ki, yaxın vaxtlarda nəticələri görəcəyik".
Musa Quliyevin fikrincə, müəllim və həkimlərin də ipoteka kreditindən yararlanması vacibdir: "Onların sosial ipoteka imkanlarını genişləndirmək lazımdır. Sosial ipoteka alan şəxslərin siyahısında müəllim və həkimlərin adı yoxdur. Çünki az maaş alırlar. Ancaq dövlətin, cəmiyyətin inkişafında xüsusi xidmətləri olduğuna görə dövlətin onlara dəstəyi mütləqdir. Hesab edirəm ki, bu, vacib, yerində edilən təklifdir və hökumət də bunun üzərində düşünməlidir".modern.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB