Avqustun 31-də Praqa Qradasında Çexiya üçün qeyri-adi tədbir olacaq. Mətbuat konfransları keçirməyi sevməyən, jurnalistlər ilə ayrı-ayrılıqda görüşməyə üstünlük verən Çexiya Prezidenti Miloş Zeman bu dəfə öz prinsiplərini pozmaq qərarına gəlib.
Dövlət başçısının mətbuat katibi İrji Ovçanek bildirib ki, onlarca jurnalistin akkreditə olunduğu möhtəşəm mətbuat konfransı "mətbuatın sualları bitənə qədər" davam edəcək. Çexiya prezidentlərindən heç bir indiyədək belə mətbuat konfransı keçirməyib. Miloş Zeman jurnalistlərin bütün suallarına, o cümlədən gələn həftə nəzərdə tutduğu Çinə səfəri barədə suallara cavab verməyi planlaşdırır.
Avqustun 26-da Çexiya hökuməti M.Zemanın Çinə səfərini təsdiq edərək, onun üçün dövlət büdcəsindən vəsait ayırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB