"Qriqoryanın dediklərini bütün erməni xalqı təsdiqləyir" MÜNASİBƏT
"Andranik Qriqoryanın dediklərini bütün erməni xalqı təsdiqləyir". Bu sözləri SİA-ya hərbi ekspert Üzeyir Cəfərov Ermənistan silahlı qüvvələrinin hərbçisi, hazırda Azərbaycanda saxlanılan Andranik Qriqoryanın verdiyi müsahibədə səsləndirdiyi faktlara münasibət bildirərkən deyib
Onun sözlərinə görə, Qriqoryan müsahibəsində bizim illərdir dediyimiz faktları öz dili ilə etiraf etdi: "Əslində bu müsahibə məni təəccübləndirmədi. Çünki bizim illərdir dediyimiz sözləri o, öz dili ilə etiraf etdi. Təbii ki, erməniyə çox aldanmaq olmaz. Bütün dünya bilir ki, ermənilər riyakar, yalançı, qəsbkar və işğalçı bir xalqdır. Ermənistan bu gün formal olaraq müstəqildir. Hamı Ermənistan iqtisadiyyatının Rusiyadan asılı olduğunu görür. Əgər Rusiya Ermənistana qarşı təzyiqi artırsa, Ermənistan çaşqın vəziyyətə düşər. Ermənistan iqtisadiyyatı və ordusu acınacaqlı vəziyyətdədir. Serj Sarkisyan və onun əlaltısı kimi hakimiyyətə gələn Seyran Ohanyan onsuz da məsuliyyətə cəlb olunacaq".
Bu yaxınlarda Ermənistan mətbuatına müsahibə verdiyini deyən hərbi ekspert həmin müsahibədə Ermənistanın ağılsız siyasət yürütdüyünü qeyd edib: "Ermənistan hələ də ağılsız siyasətini davam etdirir. Bunu yaxınlarda Ermənistana verdiyim müsahibədə də onlara bildirdim. Mən qeyd etdim ki, Ermənistan xalqı anlamalıdır ki, Azərbaycan heç vaxt onlara pis gün arzulamayıb. Əksinə Ermənistanın özü Azərbaycana qarşı ağılsız mövqe ilə özünü çətin vəziyyətə qoyub. Azərbaycan sadəcə ərazi bütövlüyünü bərpa etmək istəyir. Bunun üçün də Ermənistan ordusu geri çəkilməlidir. Onlar bu müsahibəni olduğu kimi vermişdilər".
Üzeyir Cəfərov 2001-ci ildə Ermənistana səfəri zamanı qarşılaşdığı faktlardan da söhbət açıb: "2001-ci ildə biz ATƏT xətti ilə Ermənistana səfər etdik. Səfər zamanı onlarla sərbəst ünsiyyət qurduq. Doğurdan da ermənilərin bir çoxu Azərbaycanı itirdiklərinə görə çox təəssüflənirlər. Biz həmçinin Şuşaya, Xankəndinə, Laçına da səfər etdik. Erməni vətəndaşları ilə söhbət zamanı onlar açıq şəkildə etiraf edirdilər ki, Dağlıq Qarabağ məsələsi bir qrup cinayətkarın hakimiyyətə yiyələnməsi üçün bir vasitə idi. Ermənistan xalqı başa düşməlidir ki, onların hakimiyyəti səhv yoldadır. Onların yeritdiyi siyasət səhvdir və bu siyasət onları gec-tez iflasa gətirib çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB