Gəncə abadlaşır

Gəncədə abadlıq-quruculuq işləri davam edir. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hazırda işlər şəhərin Müseyib Bağırov küçəsində aparılır. Burada küçənin 3 km-ə yaxın hissəsində əsaslı təmir işləri həyata keçirilir. Səkilərə tamet daşlar döşənir, evlərin və küçə divarlarının üzləri suvanaraq yeni görkəmə salınır. İşlər yekunlaşdıqdan sonra yol kənarında müasir işıqlandırma sistemləri quraşdırılacaq.

Qeyd edək ki, işlərin ən qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə