Daşkəsən rayonunda su üstündə baş verən dava nəticəsində 1 nəfər ağır bədən xəsarətləri alıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayon sakini Əkbər Bayramov əkin sahəsini suvaran zaman qonşu tərəfindən bel ilə baş nahiyəsindən vurulub. Zərərçəkmiş təpə nahiyəsinin əziyi diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Hazırda şöbədə müalicəsini davam etdirən xəstənin vəziyyəti normal qiymətləndirilir.
Qeyd edək ki, faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB