İlham Əliyev moldovalı həmkarını təbrik edib

İlham Əliyev moldovalı həmkarını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mOldova Prezidentinə təbrik məktubu ünvanlayıb. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumatda deyilir:

Moldova Respublikasının Prezidenti Zati-aliləri cənab Nikolaye Timoftiyə

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı ənənəvi dostluq münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə