XİN Almaniyadakı soydaşlarımızla bağlı hadisəyə münasibət bildirdi
Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərində azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində yanğın hadisəsi ilə bağlı araşdırmalar davam edir. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
O bildirib ki, hadisənin hansı zəmində baş verməsi hələ ki, məlum deyil: "Araşdırma tədbirləri hələ də davam edir. Bavariya rəsmiləri də dəfələrlə açıqlamalarında bildiriblər ki, orada ayrı-seçkilik halları tez-tez baş verir. Azərbaycanın Almaniyada istintaqı gedən və məhkəməyə çıxarılacaq bir məsələyə müdaxilə etməsi düzgün olmazdı. Məsələ qanunvericiliyə əsasən həll olunmalıdır. Heç bir qurumun məhkəmə prosesinə qarışmağa hüququ yoxdur. Hadisə ilə bağlı istintaq müddətini izləyirik və günahkarların tezliklə həbs olunub, qanun qarşısında cavab vermələrini istəyirik".
Qeyd edək ki, hadisə 21 avqustda Almaniyanın Bavariya əyalətinin Noyştad-Valdnab şəhərinin azərbaycanlıların da yaşadığı qaçqın düşərgəsində baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB