Qadınların nüfuz və səlahiyyətləri müzakirə edilib YENİLƏNİB (FOTOLAR)

Qadınların nüfuz və səlahiyyətləri müzakirə edilib YENİLƏNİB (FOTOLAR)

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Qadın Konsensus Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai maarifləndirmə və ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü Müşviq Ələsgərli, KİV və eləcə də QHT nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Gündəlik Teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı layihə haqqında geniş məlumat verərək bildirib ki, ölkəmizdə qadın, gender bərabərliyi mövzusu dövlətimizin daim diqqətindədir: "Bu sahədə müəyyən yük ictimai təşkilatların üzərinə düşür. Qadın Konsensus Mərkəzinin həyata keçirdiyi bu layihə də məhz ictimai maarifləndirmə və müzakirələr vasitəsilə ölkədə qadınların fəaliyyətini daha da gücləndirməyə hesablanıb. Hesab edirəm ki, bu kimi məsələləri gündəmdə saxlamaq, bu yöndə təhlillər, araşdırmalar aparmaq olduqca vacibdir. Tarixən bizim qadınlar güclü, əzmkar, hər sahədə özünü sınamış qadınlar olub. Bu gün biz onları əlimizdə əsas götürüb, bu yolda uğurlara imza atmağa çalışmalıyıq".

Daha sonra çıxış edənlər MŞ-nın sədr müavini Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü Müşviq Ələsgərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov diqqətə çatdırıblar ki, Prezident İlham Əliyev Azərbaycanda qadın hüquqlarının tam həcmdə təmin edilməsi məsələlərinə prioritet istiqamətli vəzifə kimi yanaşır: "Azərbaycan üzərinə götürdüyü öhdəliklər çərçivəsində gender bərabərliyini yüksək formada inkişaf etdirir. Dövlətin qəbul etdiyi proqramların qətiyyətlə həyata keçirilməsi qadınların rolu olmadan mümkün olmazdı. Ona görə də cəmiyyətdə qadınlara inam və etimad olduqca yüksəkdir".

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə