Qadınların nüfuz və səlahiyyətlərinin artırılması müzakirə edilir YENİLƏNƏCƏK

Qadınların nüfuz və səlahiyyətlərinin artırılması müzakirə edilir YENİLƏNƏCƏK

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Qadın Konsensus Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai maarifləndirmə və ictimai dinləmələrin təşkili" layihəsi çərçivəsində növbəti tədbir keçirilir. SİA-nın xəbərinə görə, tədbirdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, mətbuat nümayəndələri və eləcə də QHT nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə açan "Gündəlik Teleqraf" qəzetinin baş redaktoru Aynur Camalqızı bildirib ki, bu gün cəmiyyətdə, mətbuatda qadınlarla bağlı məsələlər olduqca çox gündəmə gətirilir. Onun sözlərinə görə, tədbirin keçirilməsində də məqsəd bu məsələləri müzakirə etməkdən ibarətdir: "Qadınların nüfuz və səlahiyyətlərinin artırılması sahəsində ictimai maarifləndirmə və ictimai dinləmələrin təşkili" layihəsi də bu baxımdan önəmlidir".

Tədbir davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə