"Heç bir təşkilat Azərbaycanda məhkəmənin və ya hansısa dövlət qurumunun işini poza bilməz". Bunu SİA-ya Milli Məclis deputatı Məlahət İbrahimqızı bəzi təşkilatların Xədicə İsmayılın məhkəmə prosesi zamanı ona dəstək çıxması və məhkəmə gedişinə mane olma cəhdlərindən danışərkən deyib.
Millət vəkilinin sözlərinə görə, bu tərz müdaxilələr qəbul oluna bilməz: "Həmin təşkilatlar Azərbaycanı məhkəmə və hüquq mühafizə sisteminin müstəqil olmaması ilə bağlı tənqid edir və məhkəmənin verdiyi qərarlara etiraz olaraq onun müstəqil fəaliyyət göstərə bilmədiyini irəli sürürlər. Amma əslində həmin təşkilatların, qurumların özü məhkəmənin müstəqil fəaliyyət göstərməsinə mane olurlar. Əlbəttə ki, bunların hamısı provokasiyadır. Heç bir təşkilatın məhkəmənin işinə mane olmasına haqqı yoxdur. Məhkəmə hakimiyyətin qanadlarından biridir. Beynəlxalq qanunvericilikdə məhkəmə tam sərbəst, heç bir təsirə məruz qalmadan fəaliyyət göstərən bir qurumdur. Heç bir təşkilat Azərbaycanda məhkəmənin və ya hansısa dövlət qurumunun işini poza bilməz. Sadəcə pozmağa cəhd edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB