Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu İnnovasiya sektorunun əməkdaşları, böyük elmi işçi Xuraman Əhmədova və elmi işçi Yeganə Əliyeva Böyük Britaniya Krallığına daxil olan Şotlandiyanın Aberdin şəhərində ezamiyyətdə olublar. SİA-nın məlumatına görə, ezamiyyətdə məqsəd "4-cü Beynəlxalq Enerji problemləri və Mexanika" (ECM 4) simpoziumunda iştirak etmək, Fizika İnstitutunda gənc alimlərin apardığı elmi-tədqiqat işlərini və yeni elmi əlaqələr qurmaq imkanlarını dünya səviyyəsində müzakirə etmək olub. X.Əhmədova 42 ölkə nümayəndəsinin (ABŞ, Fransa, İtaliya, Almaniya, Yaponiya və s.) iştirakı ilə keçirilmiş simpoziumun "Enerji tətbiqləri üçün nazik təbəqə texnologiyası adlı 23-cü sessiyada "Asfaltin nazik təbəqələrinə ellipsometrik baxış" adlı dəvətli məruzə ilə çıxış edib. Simpoziumun son günü institutun əməkdaşı dəvətli məruzəyə görə sertifikatla təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB