"Bizim trestə 32 qəbiristanlıq daxildir. Bunlar 1 və 2 saylı Şəhidlər Xiyabanı, 1 və 2 saylı Fəxri Xiyaban, 1 və 2 saylı Dağüstü, Keşlə, Hövsan, Qaraçuxur, 8-ci kilometr, 1-ci və 2-ci Zabrat, 1-ci, 2-ci və 3-cü Biləcəri, Əhmədli, 7-ci mikrorayon, Maştağa, Binəqədi kənd, Buzovna, Şüvəlan, Bakıxanov, Mərdəkan, Bilgəh, Yanardağ, Pirşağı, Sabunçu, "Qurd qapısı" adı ilə məşhur olan ümumşəhər Yasamal qəbiristanlıqlarıdır". Bu barədə SİA-ya Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov məlumat verib.
S.Həsənov qəbirstanlıqların Bakıdan köçürülməsi ilə bağlı məsələyə də münasibət bildirib: "Qəbirstanlıqların köçürülməsi ilə bağlı məsələ gündəmdə deyil, bu real görünmür. Bu məsələ ümumiyyətlə müzakirə mövzusu deyil. Həm də buna heç bir ehtiyac da yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB