Nəqliyyat naziri Ziya Məmmədov avqustun 28-də Qəbələ şəhərində vətəndaşları qəbul edəcək. Görüşdə Qəbələ, İsmayıllı və Ağsu rayonlarının sakinləri iştirak edə bilərlər. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, vətəndaşların qəbulu zamanı onların müraciətlərinə baxılacaq, mövcud nəqliyyat problemləri araşdırılacaq və həll ediləcək.
Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı avqustun 26-da saat 09:00-dan 18:00-dək aparılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB