Nazir vətəndaşları dinləyəcək

Nazir vətəndaşları dinləyəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov avqust ayının 28-də saat 11:00-da Masallı rayonunda Lənkəran, Cəlilabad, Masallı, Lerik, Yardımlı və Astara rayonlarının sakinləri ilə görüşəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar Aqrolizing ASC-nin Cəlilabad regional nümayəndəliyinə (mob:050-317-45-17) ,Kənd Təsərrüfatı Nazirliyinə (Əlaqə telefonu: 012-493-51-64, 050-352-06-27) müraciət edə bilərlər. Qəbula yazılmaq istəyən vətəndaşlar həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsilə də qeydiyyatdan keçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə