Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukrayna prezidenti Pyotr Poroşenkonu təbrik edib. SİA-nın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, dövlət başçısı Ukraynanın milli bayramı – Müstəqillik günü münasibətilə ukraynalıları öz adından və Azərbaycan xalqı adından ürəkdən təbrik edib: "Azərbaycan ilə Ukraynanı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq dövlətlərarası münasibətlərimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Ukrayna xalqına sülh və rifah diləyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB