Prezident İlham Əliyev tapşırıq verib

Zeynal Nağdəliyev: "Parlament seçkilərində bütün siyasi partiyalara bərabər şərait yaradılmalıdır"
Prezident İlham Əliyev tapşırıq verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, seçkilərdə bütün siyasi partiyalara bərabər şərait yaradılmalıdır. Bu barədə MSK-da keçirilən geniş müşavirədə danışan Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev deyib ki, bu məqsədlə artıq 125 dairənin hər birində açıq və qapalı yerlər müəyyən olunub. Bu, təşviqat dövrünə yaxın vaxtda elan ediləcək. Təşviqat lövhələri ilə də bağlı monitorinqlər keçirilib. Sıradan çıxmış lövhələr bərpa ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə