Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 179.3.2, 192.2.2, 213.1, 308.2 və 125-ci maddələri ilə təqsirləndirilən Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. SİA-nın verdiyi məlumata görə, məhkəmə hakimlər Ramella Allahverdiyeva (sədrlik edən), Tamilla Nəsrullayeva və Novruz Kərimovdan ibarət tərkibdə, dövlət ittihamçısı Ramazan Hadıyevin iştirakı ilə baş tutub..
Prosesdə təqsirləndirilən şəxs Xədicə İsmayılovanın müdafiəçiləri Fariz Namazlı, Fəxrəddin Mehdiyev, Cavad Cavadov, zərərçəkmiş şəxs Tural Mustafayevin nümayəndəsi Səfər Hüseynov iştirak ediblər.
Dövlət ittihamçısı məhkəmədə yekun nitq söyləyərək İsmayılova Xədicə Rövşən qızına qarşı irəli sürülmüş ittihamlar üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla, yəni zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, "Aralıq aktı", məhkəmə mühasibatlıq, məhkəmə tibb, məhkəmə psixoloji, məhkəmə psixiatrik, məhkəmə kriminalistik ekspertizalarının rəyləri, müqavilələr və digər istintaq sənədləri ilə X.İsmayılovanı ifşa edərək, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirli bilinib səkkiz il müddətə, Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi ilə təqsirli bilinib dörd il müddətə, Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə iki il müddətə, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinib iki il müddətə, dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə beş il müddətə, Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinib beş il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq üç il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə doqquz il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını təklif edib.
Dövlət ittihamçısının çıxışından sonra müdafiə nitqi ilə çıxış etmək üçün müdafiə tərəfinə söz verilib, müdafiəçilər hazırlaşmaları üçün 26 avqust 2015-ci il tarixə kimi vaxt istəyib. Müdafiəçilərə vaxt verilməklə məhkəmə iclasında 26 avqust 2015-ci ilə qədər fasilə elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB