Bu gün Mingəçevir şəhərində şəhid Fərid Ağayevin "Hərbi xidmətdə fərqləndiyinə görə" medalı ailəsinə verilib. SİA-nın verdiyi məlumata görə, "Ön səngərdən gələn var" adı altında keçirilən tədbirdə Mingəçevir şəhərindən olan şəhid ailələri, Qarabağ əlilləri, veteranlar, zabitlər və gizirlər iştirak edib.
Tədbir iştirakçıları əvvəclə şəhid Fərid Ağayevin məzarini ziyarət ediblər. Daha sonra şəhid Fərid Ağayevin medalı ailəsinə təqdim olunması üçün Heydər Əliyev mərkəzində toplantı keçirilib. Tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abdulla Qurbani, Mingəçevir icra hakimiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə son vaxtlar ordumuzun möhkəmləndirilməsi ,sərhədlərimizin gücləndirilməsi sahəsində dövlətimiz ardıcıl tədbirlət həyata keçirir. Ali baş Komandan ölkə Prezidenti cənab İlham Əliyev bu il Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarım ilinin yekunlarına dair çıxışında göstərdiyi kimi ordumuz gündən-günə güclənir və bu ölkəmizin bir daha qüdrətləndiyini göstərildiyi vurğulanıb.
Sonra Mingəçevir şəhərindən şəhid Fərid Ağayevin Müdafiə Naziri tərəfindən hərbi xidmətdə fərqləndiyinə görə igidliyə görə III dərəcəli medalı ilə (ölümündən sonra) medal şəhidin ailəsinə təqdim edilib. Şəhid Fərid Ağayev 2014-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb, 19 yaşlı Fərid Ağayev bu ilin fevral ayında Ağdam istiqamətində gedən döyüşlər nəticəsində şəhid olub.
Qeyd edək ki, Mingəçevir şəhərindən Qarabağ müharibəsi dövründə 4 nəfər Milli Qəhrəman, 8 nəfər "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, 287 nəfər şəhid olmuş, onlardan 35 nəfəri itkin düşmüşdür. 165 nəfər Qarabağ əlili, 840 nəfər Qarabağ veteranı vardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB