Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu həyata keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həllinə kömək edirlər. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbir Qəbələ rayon Mədəniyyət Mərkəzində keçirilib. Gənclər və idman naziri Azad Rəhimov Balakən, Oğuz, Qax, Şəki, Zaqatala, İsmayıllı və Qəbələ rayonundan olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləyib. Vədəndaşların nazirə müraciəti daha çox fəxri adların və idman dərəcələrinin verilməsi, stadionların yeni idman avadanlığı ilə təminatı, xarici ölkələrdə keçirilən idman yarışlarına ezamiyyə, idman zallarının tikilməsi, gənclərlə bağlı QHT-nin yaradılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, gənclər mərkəzinin tikintisi , işlə təminat, idman avadanlıqlarının verilməsi və digər məsələlərlə bağlı olub.
Qəbulda 30-a yaxın vətəndaş iştirak edib. Qəbulda vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, gənclər və idman nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbuldan sonra nazir Azad Rəhimov rayonların gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB