YAP GB-nin Türkiyə səfərinin son görüşləri FOTOLAR

YAP GB-nin Türkiyə səfərinin son görüşləri FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin Türkiyə səfərinin sonuncu günündə də bir sıra görüşləri keçirilib. SİA-nın verdiyi məlumata görə, ilk öncə Türkiyənin TRT Haber kanalında YAP GB-nin sədri Seymur Orucov qonaq olub və TBMM-in Hataydan olan Millət Vəkili Mehmet Alğanla müsahibə veriblər. Seymur Orucov iki dövlətlər arasında olan dostluq əlaqələrindən, hər iki ölkənin gənclərinin qarşılıqlı işlərindən eləcə də son zamanlar Türkiyədə baş verən terror hadisələrinə münasibət bildirib. Sonra isə YAP nümayəndə heyəti AKP sədrinin müavini, Xarici işlərlə əlaqələr şöbəsinin rəhbəri Prof. Dr. Yasin Aktayın qonağı olublar. Orada da qarşılıqlı əməkdaşlıq, dostluq və gələcək layihələr haqqında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib. Yasin Aktay region üzrə hər iki partiyanın doğru siyasət yürütdüyünü və birgə əməkdaşlıqla ali cəmiyyət yaratmaq prinsipləri ilə böyük uğurlar qazanacağına inandığını vurğulayıb.

Ədalət və İnkişaf Partiyası (AKP) Mərkəzindən sonra TBMM-in sədri Cənab İsmet Yıldız YAP Gənclər Birliyinin Ankaraya ezam olunan heyəti Türkiyə Böyük Millət Məclisində qəbul edib. YAP GB sədri Seymur Orucov İsmet Yıldıza nümayəndə heyətini təqdim edim və YAP GB-nin fəaliyyəti haqqında geniş məlumat verib. TBMM-in sədri YAP GB-nin fəaliyyətini yüksək qiymətləndirib və sonda xatirə şəkli çəkilib.

Daha sonra Türk İş Birliyi və Koordinasyon Ajansının (TİKA) başqanı ilə görüşüblər. Görüş zamanı TİKA rəhbəri Serdar Çam gənclərin fərdi şəkildə təqdim etdikləri layihələrə dəstək olduqlarını bildiriblər.

Sonra Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) türkdilli dövlətlərin mədəniyyəti, tarixi və ədəbiyyatı ilə tanışlıq olubr. Giriş sözü ilə TÜRKSOY-un baş direktoru Düsen Kaseinov TÜRKSOY-un fəaliyyəti haqqında geniş məlumat verib. Eləcə də gənclərin xüsusilə YAP Gənclərinin bu barədə geniş apardığı təbliğatı çox yüksək qiymətləndirib. Gənclər arasındakı dialoqun, əlaqələrin birgə inkişafı, eləcə də gələcəkdə birgə layihələrdən danışılıb. Görüşdə müxtəlif ölkələrin nümayəndələri çalışırlar. Orada Hindistan, Kipr, Qazaxıstan, Azərbaycan və digər ölkələrin nümayəndələri çalışır.

Daha sonra Yurtdışı Türklər və Akraba Toploluqları Başkanlığında da Başkan Kudret Bülbüllə dəyirmi masa ətrafında görüş olub.

YAP Gəncləri əlaqələrini daha da genişləndirib və gələcək layihələr haqqında geniş müzakirələr aparılaraq, bir çox razılıqlar əldə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə