"Yanvar ayından etibarən seçici siyahılarının dəqiqləşdirilməsinə başlamışıq. Bundan sonra biz müxtəlif tədbirlər həyata keçirmişik". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq seçkilərə hazırlıqla bağlı bu gündən etibarən dairə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici tədbirlərin keçirilməsinə başlanılıb: "Avqustun sonundan isə Parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək. Yaxınlarda Avropa İttifaqı ilə birlikdə də tədbir həyata keçirmişik və orada kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Seçkilərə hazırlıqla bağlı artıq bu gündən etibarən dairə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışıq. Bundan sonra isə məntəqə seçki komissiyalarının üzvləri üçün maarifləndirici seminarlar keçiriləcək. Bu ayın sonuna doğru ölkəmizdə növbəti parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB