Sahibkarlar subsidiyalardan nə vaxt yararlanacaq? AÇIQLAMA

Sahibkarlar subsidiyalardan nə vaxt yararlanacaq? AÇIQLAMA

"Prezident İlham Əliyevin heyvandarlıqla bağlı imzaladığı sərəncam heyvandarlıqla bağlı məhsulların daha da yaxşılaşdırılması, yüksək genetik potensialı olan heyvanların başlarının artırılması, eyni zamanda fermerlərin və sahibkarların bu sahəyə daha da maraq göstərməsi və bu sahənin daha da gücləndirilməsi ilə bağlı verilmiş bir qərardır. Sərəncamdan irəli gələn məsələlərlə bağlı artıq Nazirlər Kabinetinə tapşırıqlar da verilib". Bu sözləri SİA-ya Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

Onun sözlərinə görə, sərəncama əsasən Azərbaycanda ilk dəfə olaraq heyvandarlıqla bağlı subsidiya tətbiq olunub: "Hər baş buzova görə heyvan sahibinə 100 manat xüsusi subsidiya verilməsi nəzərdə tutulub. Bununla bağlı Nazirlər Kabinetinə qaydaların yaxın müddətdə hazırlanıb, tətbiq olunması üçün artıq tapşırıq verilib. Subsidiyanın verilmə mexanizmi, qaydaları qısa müddətdə hazırlanacaq. Gələn il fermerlər və sahibkarlar subsidiyalardan yararlana biləcəklər".

Məsələ ilə bağlı nazirliyə fermerlər və sahibkarlar tərəfindən çoxlu sayda təşəkkür zənglərinin daxil olduğunu deyən mətbuat xidmətinin rəhbəri söyləyib ki, kənd təsərrüfatı naziri Heydər Əsədəov bununla bağlı regionlardakı vətəndaşlarla görüşlər keçirib: "Bu gün sahibkarlar və fermerlər tərəfindən nazirliyə çoxlu sayda zənglər gəlir. Onlar verilən qərara görə, həm cənab Prezident İlham Əliyevə, həm də nazirliyə təşəkkürlərini bildirirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə