Rusiya Hərbi Dəniz Donanması gəmilərinin Bakı limanına daxil olması Xəzərdə Rusiya ilə Azərbaycan əməkdaşlığının möhkəmlənməsinin nümunəsidir. Bu sözlər Rusiya Xarici İşlər Nazirliyinin məlumatında yer alıb.
Məlumatda deyilir: "Xəzər flotiliyasının "Volqodonsk", "Mahaçqala" kiçik artilleriya və "Anatolu Qujvin" kiçik hidroqrafik gəmilərindən ibarət dəstə avqustun 13-16-da Bakı limanında olub. Gəmilər dəstəsinin komandanlığının Azərbaycan Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşləri keçirilib. Gəmilərdə diplomatik korpus və respublika ictimaiyyəti üçün tədbirlər təşkil olunub".
Rusiya hərbi gəmilərinin Bakıya sırf dostluq şəraitində keçən səfəri Xəzərdə möhkəmlənməkdə olan Rusiya-Azərbaycan qarşılıqlı fəaliyyətinin yeni nümunəsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB