Mübariz Qurbanlı qəbul keçirəcək

Mübariz Qurbanlı qəbul keçirəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşları qəbulu davam edir. Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Daşkəsən rayonunda Gəncə şəhər, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər və Xocalı rayon sakinlərini qəbul edəcək. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbul saat 10:00-da Daşkəsən rayon dövlət arxivinin binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı,1) keçiriləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Mob: (055) 851-89-87

e-mail:[email protected]

www.scwra.gov.az

Bütün xəbərlər Facebook səhifəmizdə