Azərbaycan Rusiyada təmsil olunub

Azərbaycan Rusiyada təmsil olunub

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Azərbaycanı Rusiyanın Kabarda-Balkar Respublikasında keçirilən beynəlxalq tədbirdə təmsil edib. Təşkilatdan SİA-ya verilən xəbərə görə, "Sodrujestvo" beynəlxalq gənclər təşkilatı tərəfindən həyata keçirilən "Gənc blogerlərin və jurnalistlərin 1-ci Dağ məktəbi" layihəsində ARGTMŞ-ın mətbuat katibi Xədicə Damadayeva iştirak edib. Layihədə Azərbaycan ilə yanaşı, Rusiya, Gürcüstan, Latviya, Ukrayna, Belarusiya, Moldaviya, Çin, Tacikistan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Ermənistandan olan fəal gənclər iştirak ediblər.

Layihənin məqsədi MDB və Xəzəryanı ölkələr və Gürcüstandandan olan gənc bloqçular, jurnalistlər, gənc liderlər arasında əlaqənin qurulması və inkişaf etdirilməsidir.

Layihə çərçivəsində cari mövzular haqqında müzakirələr, təlimlər, seminarlar, master-klasslar keçirilib və işçi qruplar təşkil olunub. Düşərgə müddətində, fəal gənclər ekspertlər, dövlət və ictimai xadimlər ilə görüşlərdə iştirak edib və gənclər arasında fikir mübadiləsi aparılıb. Praktiki məşğələlər ilə davam edən tədbirdə iştirakçıların bloq haqqında məlumatlılığı artırılıb, onlar, həmçinin bloqun yaradılması və idarə olunması haqqında daha geniş məlumat əldə ediblər. Daha sonra, ekskursiyalar təşkil olunub və iştirakçılar Kabarda-Balkar Respublikasının milli mətbəxi, adət-ənənələri ilə tanış olublar. Tədbir iştirakçıların sertfikatla təltif olunma mərasimi ilə yekunlaşıb.

Xatırladaq ki, "Sodrujestvo" beynəlxalq gənclər təşkilatı gənclərin qanuni hüquqlarını və maraqlarını qorumaq, Avrasiya məkanında MDB ölkələri və digər üzv təşkilatların gəncləri arasında qarşılıqlı anlaşma, əməkdaşlıq və dostluq əlaqələrinin yaranmasına təşviq etmək məqsədilə yaradılıb.

ARGTMŞ 2012-ci ildən təşkilatın idarə heyəti və Nəzarət Təftiş Komissiyasında təmsil olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə