YAP GB nümayəndə heyəti Çavuşoğlunun qonağı oldu FOTOLAR

YAP GB nümayəndə heyəti Çavuşoğlunun qonağı oldu FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin Türkiyəyə ezam olunmuş nümayəndələri səfərin ikinci günündə HAK-İŞ (Hak işçi sendikatları konfederasyonu) Türkiyənin Həmkarlar ittifaqının genel sekretarı Dr. Osman YILDIZ ilə görüşüblər. SİA-nın xəbərinə görə, görüş əsnasında orada qarşılıqlı əməkdaşlıq, eləcə də gənclərin prespektivləri haqqında müzakirələr aparılıb, təkliflər verilib. Daha sonra YAP Gənclər Birliyinin nümayəndələri AKP-nin Ankarada yerləşən əsas binasında (AKP Genel Merkezi) olub, onların iş otaqları, eləcə də iş sistemləri ilə yaxından tanış olublar. Eyni zamanda AKP-də Qadın Qollarının sədr müavinləri və bir sıra TBMM-in Millət Vəkilləri ilə tanış olublar.

Günün ikinci yarısı isə Nümayəndə heyəti Türkiyənin Xarici İşlər Naziri Cənab Mövlud Çavuşoğlunun qonaqları olublar. Türkiyənin və Azərbaycanın qardaş dövlət olmasını vurğulayan Nazir münasibətlərin daha da yaxşılaşdırımasını, eləcə də gənclər arasında səmimi münasibətlərin qurulması istiqamətində aparılan işlər haqqında danışıb.

Günün sonunda isə AK Partinin Gənclər Kollarının sədri, TBMM-in Millət Vəkili Abdurrahim Boynukanlı YAP Gənclər Birliyinin nümayəndə heyətinə rəsmi ziyafət verib.

Qeyd edək ki, Mövlud Çavuşoğlu öz rəsmi "Twitter" səhifəsində həmin görüşdən "Bir Millət, İki Dövlət" başlığı ilə şəkil paylaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə