Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Quba Regional Ofisi və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illiyinə həsr olunmuş "Azərbaycanın Bəxtiyarı" adlı tədbir keçirilib. Mərkəzdən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan MKS-nin direktoru Saməddin Nəsirov Bəxtiyar Vahabzadənin görkəmli sənətkar, xalqının canlı dil memarlığına öz töhfəsini verə bilən, insanların qəlbində möhtəşəm poeziya məbədini quran bir şair olduğunu qeyd edib.
Daha sonra çıxış edənlər şairin həyat və yaradıcılığından söz açaraq, bədii yaradıcılığa 1943-cü ildə başlayan Bəxtiyar Vahabzadənin 100-ə yaxın şer kitabının, monoqrafiyanın, elmi-publisistik məqalənin, tarixi mövzuda yazılmış 20-dən artıq iri həcmli poemanın müəllifi olduğunu diqqətə çatdırmışlar. Bildirmişlər ki, xalq şairi 1958-ci ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsinin dilə gətirmişdir.
Gənclər üçün Təhsil Mərkəzinin nümayəndələrin Elşən Əhmədzadə və Nuray Acalova da çıxış edərək, Bəxtiyar Vahabzadənin kamil cəhətlərindən biri kimi mövzu dairəsinin geniş və zəngin olduğunu, insanın yaşamaq eşqinə qol-qanad verdiyini bildiriblər.
Tədbirdə kitabxananın fəal oxucularından Afət Rəhimova, Fatimə Əliyeva, Hüseyn Əsgərov və başqaları şairin şerlərindən parçalar səsləndiriblər.
Sonda oxu zalında hazırlanmış "Bəxtiyar Vahabzadə - 90" adlı sərgiyə baxış keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB