Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərərgahının Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon şöbələrinin üzvlərinin qarşıdan gələn parlament sekilərinə hazırlıq işləri ilə əlaqədar toplantısı keçirirlib. SİA-nın verdiyi məlumatına görə, müşavirədə çıxış edən YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov noyabr ayında ölkəmizdə Milli Məclisə növbəti seçkilərin keçiriləcəyini bildirib: "Artıq YAP bu seçkilərə 1 aydan artıqdır hazırlıq işləri görür. Rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının rayon şöbələri yaradılıb. Bu qərərgahın tərkibində partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər".
YAP İcra katibi Əli Əhmədov onu da bildirib ki, ölkəmizdə mövcud olan ab-hava Prezident İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkşafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosia-iqtisadi inkişafı, sabitlik, əmin-amanlıq partiyamızın qələbəsini şərtləndirən əsas amildir: "Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezdent İlham Əliyev ötən illər ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkşaf etdirə bilib. Bu uğurlar təbii ki, bundan sonra da davamlı və ardıcıl xarakter daşıyacaq".
YAP növbəti parlament seçkilərinə uğurlu naliyyətlərlə getdiyini bildirən YAP-ın Sədr müavini Əli Əhmədov rayon təşkilatlarının seçki qərargahının üzvlərinə ətraflı məsləhətlər verərək qeyd edib ki, qarşıdan gələn parlament seçkilərində onların üzərinizə düşən vəzifəri layiqincə yerinə yetirəcək, aktiv fəaliyyətləri ilə partiyanın qələbə qazanmasına töhvfələrini verəcəklər.
Daha sonra toplantıda partiyanın Zaqatala rayon təşkilatının sədri Habil Qurbanov və YAP Şəki şəhər təşkilatının sədr Həsən Həsənov qarşıdan gələn seçkilərə hazırlıqla bağlı gördükləri işlər haqqında geniş məlumat veriblər.
Müşavirədə iştirak edən Milli Məclisin üzvi, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov çıxış edərək respublikamızda gedən quruculuq və abadlıq işlərindən, sosial iqtisadi inkişafdan danışıb: "Ölkəmizdə mövcud olan siyasi sabitlik, iqtisadi uğurlar Ulu Öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirildiyini göstərir".
Bölgələrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə böyük lahiyələrin həyata keçirildiyini qeyd edən F.Heydərov qaşıdan gələn parlament seçkilərində YAP üzvlərinə böyük qələbə arzulayıb.
Sonda YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov müşavirə iştirakçılarına öz tövsiyyələrini verib.
RƏFİQƏ HÜSEYNOVA
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB