Mərkəzi Seçki Komissiyası (MSK) Avropa İttifaqı ilə birgə layihə çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsi ilə əlaqədar növbəti treninqi Gəncədə keçirib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə 22 dairə seçki komissiyasının məsul şəxsləri, həmçinin Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov və Avropa İttifaqının eksperti Kristofer Şildz iştirak ediblər. Tədbirdə hər iki qurum arasındakı qarşılıqlı faydalı əməkdaşlıqdan danışılıb. Avropa İttifaqının eksperti Kristofer Şildz parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar aparıb. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb. "MSK olaraq biz bu məsələyə ciddi yanaşırıq. Hesab edirik ki, seçki hüququnun daha etibarlı təmin edilməsi yönümündə aşağı seçki komissiyaları ilə aparılan treninqlər öz bəhrəsini verəcək. Qanunvericiliyin birbaşa və dürüst şəkildə tətbiqi ilə bağlı heç bir problem olmayacaq"-deyə tədbirdə bildirilib.
.jpg)
.jpg)
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB