Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) və "Bakcell" mobil rabitə operatoru yeni müştərək layihəyə başlayıb. Nazirlikdən verilən məlumata görə, layihəyə əsasən, "Bakcell"in abunəçiləri bu mobil operatorun "Ulduzum" kampaniyası çərçivəsində "Azərpoçt"un məhsul və xidmətlərindən yararlana biləcəklər. "Bakcell" dəqiqələrini qazanmaq üçün "Ulduzum" istifadəçisi respublikanın istənilən nöqtəsində yerləşən "Azərpoçt"un poçt şöbələrinə yaxınlaşaraq, ən azı 10 manat məbləğində pul köçürməlidir. Hər 10 manat və ondan yuxarı respublika daxili pul köçürməsi edən "Bakcell" istifadəçisinə 5 "Bonus dəqiqə"si hədiyyə olunacaq. Bunun üçün abunəçi mütləq öz "Bakcell" nömrəsini "Azərpoçt" əməkdaşına təqdim etməlidir. Əldə olunan bonus dəqiqələri 3 gün ərzində istifadə oluna bilər. Kampaniya dekabrın 31-dək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB